Partiyanın Qadınlar Şurası XTQ gizirinin ildönümündə iştirak edib-FOTOLAR

“Ana Vətən Partiyasının Qadınlar Şurası” II Vətən Savaşında Murovdağ döyüşləri zamanı qəhrəmancasına Şəhid olan XTQ giziri Xəlilov Namiq İlyas oğlunun ildönümündə iştirak edib.

Kanal32.az SİA-ya istinadən xəbər verir ki, partiyanın Qadınlar Şurası qəhrəman qardaşımızın böyüyüb, boya-başa çatdığı Şirvan rayonundakı ata ocağında olub, Rayon Şəhidlər Xiyabanında məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

“Ana Vətən Partiyasının Qadınlar Şurası”-nın sədri Günay Ağamalı qeyd edib ki, şəhidlərimizi anmaq, onların bizlərə əmanət etdiyi körpələri diqqətdə saxlamaq, ailələrini ziyarət etmək hər bir Azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur: “Zəfər sevincini Xalqımıza yaşadan, qanları ilə tarix yazan, and yerimizə çevrilən Şəhid qardaşlarımıza Uca Tanrıdan rəhmət diləyirik”.

Kanal32.az