Arzuların çin olsun, Elin nəğməkar qızı. Tanrı insana xoşbəxtlik payını müxtəlif formada ərməğan edir. Kiminə şair ilhamı ilə, kiminə elmin zəfər çələngi ilə, kiminə ağıl-kamalla, kiminə gözəl camalla, kiminə ecazkar sənətlə, kiminə isə gözəl səslə. Bəli, gözəl səs ilahi qisməti, tanrı vergisidir. Heç kəsin ağlına gəlməzdi ki,Məmmədovlar ailəsində dünyaya göz açan balaca qızcığaza – “Ahuya da Tanrı belə bir xoşbəxtlik, gözəl səs bəxş edəcək, özü də elə səs, elə nəfəs ki, heç kəsdə olmaya heç yerdə eşidilməyə”.
Bəli, belə bir qismət oldu Balaca Ahuya. İllər keçdikcə qəlbindəki tanrı payı-gözəl səsi də özü ilə bərabər böyüdü. Ahunun musiqilərinə qulaq asanlar heyranlıqlarını gizlədə bilmirlər. Bu balaca qızın qəlbindən axıb gələn səs, həzin musiqi insana zövq verir. Bu balaca qızcığaz 44 günlük Vətən müharibəsinin qazisi,mayor Pərviz Məmmədovun övladıdır. Ahu atasına layiq övlad olmaq istəyir. Ahunun arzusu gələcəkdə mükəmməl xanəndə olmaqdır.
Ahu Məmmədli Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində xanədə ixtisası üzrə təhsil alır. Müəllimi Səttar Orucovdur. Ahunun ən böyük arzusu böyüyəndə yaxşı bir xanəndə olmaqdır.Ahu eyni zamanda Mingəçevir Gənclər evində də musiqi kursuna gedir. Müəllimi Elşən İsmayılov Ahu ilə birgə məşqlər zamanı biz də onları dinlədik. Bir- birindən gözəl ifalar “Bayram “,Tez gəl”,”Durnalar” mahnılarını Ahu böyük ustalıqla ifa edir. Belə demək mümkünsə balaca qızcığaz böyüdükcə onun arzuları da pərvazlanır və artıq gələcəkdə yaxşı xanəndə olacağına zəmin yaradırdı və təbbi ki,müəllimlərinin sayəsində.Ahunun atası qazı Pərviz Məmmədov qızının uğurlarına sevinir.
Ahu şəhər tədbirlərində,H.Əliyevin 100 illik yubleyinə həsr edilmiş silsilə tədbirlərdə,beynəlxalq festivalda da fəal iştirakın görə fəxri fərmanlar,təşəkkürnamələr və diplomla təltif olunub.
Ahunun atası Pərviz Məmmədov övladınının musiqiçi kimi təkmilləşməsində əməyi olan müəllimləri Səttar Orucova,Elşən İsmayılova və Amil Həsənova minnətdarlığını bildirir.
Esmira Hidayətova