Qadınlarda özünə güvən hissinin bərpası və cəmiyyətə inteqrasiya etməyin yolları-FOTO

“Ailələrə Sosial Dayaq” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gender bərabərliyinin və qadın hüquqlarının cəmiyyətə fəal surəttə təşviq edilməsi və cəmiyyətin bu sahədə rolunun gücləndirilməsi” adlı layihəyə start verib.

Kanal32.az-a verilən məlumata görə,layihənin son təlimi “Qadınlarda özünə güvən hissinin bərpası və cəmiyyətə inteqrasiya etməyin yolları” adlı təlim təşkil olunub. Tədbirdə  layihə rəhbəri  çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırıb, daha sonra təlimçi, psixoloq və iştirakçıkarın çıxışları dinlənilib. Layihə ərzində əldə etdikləri məlumatlar müzakirə olunub

Layihədə  Mingəçevir şəhərində fəaliyyət göstərən qadın qurumları ,müvafiq qurumlar , könüllülər və layihə iştirakçıları iştirak ediblər.

Qeyd edək ki,layihəyə şəhər və şəhər ətrafında yasayan 18 yaşdan yuxarı qız və qadınlar cəlb olunub. Layihənin əsas məqsədi  maarifləndirici kampaniyaların təşkili yolu ilə Gender bərabərliyi və qadın iştirakçılığının təmin olunmasına yardım etməkdən ibarətdir .