Qərarsızlıqlarına görə şansları qaçıran BÜRCLƏR

Qərarsız insanlar həyatlarını qurmaqda gecikir və bir çox şansları qaçırırlar. Ən pis qərar belə qərarsızlıqdan yaxşıdır, deyimi bu məqamda tam da yerinə düşür. Qərar verməkdə isə nə çox tələsmək, nə də gecikmək lazımdır. Zamanında verilmiş qərar ən doğru qərardır.

Astrologiyada da qərar verməkdə çətinliklər yaşayan bürclər var.

Kanal32.az Savash.org-a istinadən  həmin bürcləri oxucularına təqdim edir:

ƏKİZLƏR

Əkizlər bürcü altında doğulan insanlar həyatları ilə bağlı qərarlar verməkdə çətinlik çəkirlər. Çox vaxt nə edəcəklərini bilmirlər. Onlar seçim edə bilmirlər.Əkizlər bürcü insanları qərarsızlıqları ucbatından bütün şansları itirə bilərlər.

TƏRƏZİ

Tərəzilər harmoniya və tarazlıq ilə tanınır və bu xüsusiyyətlər onların tərəf seçməyini çətinləşdirir.

Onlar heç kimi incitmək və münaqişə yaratmaq istəmirlər. Ona görə də, istənilən vəziyyətdə neytral qalmağa üstünlük verirlər.

OXATAN

Oxatan bürcləri həyatı öz təbii axınında yaşamağı sevirlər. Plan qurmurlar.Hər bir qərar Oxatan üçün yaxşıdır. Onlar öz seçimlərindən qorxurlar və heç vaxt qaydalara əməl etmirlər. Onlara verilən hər şeydən həzz alırlar.

Oxatanlar qaydalara sadiq qalmaq istəmədikləri üçün qərar qəbul etməkdə uğurlu ola bilmirlər.

BALIQLAR

Balıqlar səhv seçim etməkdən qorxurlar. Buna görə də, öz seçimlərini etmək istəmirlər. Etdiyiniz seçim Balıqların istədiyinin əksinə olsa belə, onlar bunu məmnuniyyətlə qəbul edəcəklər.

Balıqlar eqoist deyillər. Qərar verərkən özündən əvvəl ətrafındakı insanları düşünür. Heç kimə zərər vermək istəmədikləri üçün əksər məsələlərdə qərarsız qalırlar.

Qoç, Buğa, Xərçəng, Şir, Qız, Əqrəb, Oğlaq və Dolça qərar verməkdə çox bacarıqlıdır. Fikirləri nə qədər qarışıq olsa da, aydın qərarları ilə həyatlarını istiqamətləndirirlər.