Prezidentin görüşüdüyü yaralı döyüşçü problemlər içində -VİDEO+FOTO

Zəfər tariximizi yaşadanların problemləri həllini tapmır.

44 günlük Vətən müharibəsində Ordumuzun ,Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edilməsi Azərbaycan tarixinin parlaq səhifəsidir. Bu parlaq səhifəni yaradanlardan biri də Şuşa fatehi ,44 günlük Vətən müharibəsinin iştirakçısı Goranboy rayonunun Nadirkənd kəndinin sakini Abbasov Xəyal Qarakişi oğlu 7 il Daxili Qoşunların Xüsusi Təyinatlarında xidməti olub. 44 günlük Vətən müharibəsi baslayan kimi əmr verilib, Murov dağı istiqamətindən döyüşlərə qatılıb.Murov dağı yüksəkliyində yaralanıb qospitalda yatıb.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunarkən İlham Əliyev yaralı hərbçilərlə görüşüb. Görüş zamanı o,prezidentə söz verib ki,səhhəti normala dönən kimi yenə cəbhəyə qayıdacaq. İşğalda olan torpaqları geri almayınca dönməyəcəyini bildirib. Elə də olur. Xəyal öz ərizəsi ilə müalicədən imtina edib yenidən döyüşlərə qatılır. Cəbrayılda daha sonra Hadrutda döyüşlərin birində yenə yaralanan (kəllə-beyin travması ilə ) Xəyal Neftçala qospitalında müalicə aldıqdan sonra yenidən döyüşə qatılır. O,bədənində 17 qəlpə olaraq döyüşlərə qatılır. Elə qəlpələr var ki,sinirdə olduğundan onları çıxarmaq mümkün olmur.

Bu gün də qəlpələr Xəyalın bədənindədi. Beləliklə, 3 cü dəfə Şuşa istiqamətində döyüşlərə qatılan Xəyal avtomobilləri dağdan aşır və o,yenidən yaralanır və qospitala göndərilir . Şuşaya qədər gedib döyüş yolu keçən hərbiçimiz bu gün çətin vəziyyətdə yaşadığını deyir. O,bildirirki,əlillik dərəcəsi almaq üçün süründürməçiliklə üzləşir. Ailə vəziyyəti ağır olan döyüşçü iki körpə övladı ilə ata-ana himayəsində qalıb. Səhhətində yaranan problemlərlə bağlı iş qabiliyyəti olmayan döyüşçü hal-hazırda 7 nəfər ailə ilə birlikdə çətin vəziyyətdə yaşayır.

Bildirir ki,Goranboy rayon İcra Hakimiyyətinə ,rayon bələdiyyəsinə torpaq üçün müraciət etsələrdə onların müraciətlərinə baxılmır. Hər gün 5-6 dərman qəbul etdiyini deyir,atanın ,qaynatanın yardımı olmasa iki az yaşlı övladına baxa bilmir. Məşğulluq mərkəzinə özünəməşğulluq proqramına da yazmırlar. Heç bir yerdən gəlir yeri olmayan ailə qalıb məmurların süründürməçiliyində. Goranboy rayonunun Bələdiyyəsi deyib ki,bizim qazilərə veriləsi torpağımız yoxdur. İcra bələdiyyənin üstünə atır, bələdiyyə icranın. “Problemimizlə maraqlanan yoxdur”. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də əlilliyin təyin olunması ilə bağlı müraciətə baxmır. Əlilliyinin təyin olunmasını istəyən qazi Xəyalın əsas müraciəti bununla bağlıdır. Əlacsız qalan qazilər üz tutur Mətbuata.

Saytımıza problemi ilə bağlı müraciət edən qazi Xəyal Abbasovun bu günkü durumu çox acınacaqlıdır. 4 və 5 yaşında olan iki azyaşlı övladının üzünə baxa bilməyən ata heç özünün səhhətini yox övladlarının qarşısında aciz qaldığını deyir.

Qeyd edək ki,Xəyal Abbasov müharibədə göstərdiyi igidlikliyə görə “Xidmətlərə görə”,”Sücayətə görə”,”Kəlbəcərin azadlığına görə”,”Xocəvənd”,”İgidliyə görə “,”Şuşanın azadlığına görə”,”Cəbrayılın azadlığına görə” medalları ilə təltif olunub. Bu qədər igidlik göstərən bir qazi niyə bu gün məmurların süründürməçiliyi ilə üzləşir?

Esmira Hidayətova,

Goranboy.