Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Kanal32.az-ın məlumatına görə, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.
B.Hacıyev 2021-ci ilədək özəl sektorda, əsasən turizm sahəsində fəaliyyət göstərib, uzun müddət Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub.
2021-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb. O bu ilin əvvəlindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.