Prezident bu rayona yeni icra başçısı təyin etdi-FOTO

Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Kanal32.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Məlumata  görə, O.Mürsəlov bu vəzifəyə təyin olunmazdan öncə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy kimi rayonlarda keçirilən dövlət tədbirlərdə iştirak edib.

Qeyd edək ki, rayonun sabiq icra başçısı İbrahim Ənvər oğlu Mustafayev 2021-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.