Polşa Xarici İşlər Nazirliyi Rusiya məzunlarını işdən çıxarıb.
BBC xəbər verir ki, Polşanın diplomatik xidmətində Rusiyada təhsil almış heç kim qalmayıb.
Məlumata görə, Polşanın xarici işlər naziri Zbiqnev Rau “Polska Codziennie” qəzetinə müsahibəsində bu barədə danışaraq bildirib ki, Polşa diplomatiyası təxminən iki aydır azaddır.
“Bu, sovet yumşaq gücünün bir hissəsidir. Məzunlar bu imperiyanın dövlət düşüncəsinə xidmət etməli idilər”, – nazir deyib.
“Biz geniş mənada dekommunizasiyanın bir hissəsi olan çox mühüm prosesi başa çatdıra bildik”, – Polşa XİN başçısı söyləyib.
/modern.az/