“POLİS” yunan sözüdür. Mənası şəhər, dövlət deməkdir. Bir vaxtlar qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət olub. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi. Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas təbəqələrə- aristokratlara, demokrtalara və oliqarxlara ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxlar isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi.
Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin- şəhər dövlətlərinin varlığına son qoydular. Lakin şəhər-dövlətlərinin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi “POLİS” termini də bu gün yaşayır. Amma başqa mənada- dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi. Hazırda dünyanın bir çox ölkələrində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan şəxslərə POLİS deyilir…
Polisdə, o cümlədən hüquq mühafizə orqanlarında rütbə artımı bəlkə də adi bir məsələdir. Məlumdur ki, bu sahədə vəzifə yüksəldikcə, ona müvafiq rütbə də verilir. Bu günlərdə DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin polkovnik-leytinant rütbəsi alması sözün əsl mənasında insanlar arasında sevinclə qarşılandı. Hamı onu təbrik etməyə tələsirdi.
Əslində, buna səbəb rütbə yox, Elşad Hacıyevə olan xalq məhəbbəti idi. Bəli, o, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir. İnsan yerində olanda isə bütün bucaqlardan baxanda yerində görünür…
Haraya göz gəzdirirsən gəzdir, sosial şəbəkə platformalarında, eləcə də KİV-də Elşad Hacıyevə rast gəlirsən. O, ölkə ərazisindəki kriminal hadisələr, polisin uğurları, nöqsanları haqqında ictimaiyyəti daim məlumatlandırır. Daha doğrusu, onu izləməklə ölkədə baş vaerən bütün hadisələrdən xəbərin olur. Zarafat deyil, sanki böyük bir təbliğat və təşviqat maşınının işini görür…
Heyf ki, haqqında geniş məlumat əldə edə bilmədim. İnternet şəbəkəsində onun haqqında məlumat çox bəsitdir. Amma buna baxmayaraq, bu ölkənin bir vətəndaşı kimi, xidməti fəaliyyətini, elə sosial platformalarda insanlarla gözəl rəftarını əsas tutub, ona minnətdarlığımı çatdırmaq istəyirəm…
Səhv etmirəmsə, Elşad Hacıyevin vəzifəsi, əslində polkovnik rütbəsinə müvafiqdir. İnşəallah bu rütbəyə də yüksələr…
Bəli, polkovnik-leytinant Elaşad Hacıyev Azərbaycan POLİSİNİ sevdirməyi bacarır. Ona möhkəm cansağlığı, xidməti uğuralar arzulayıram…
Elman Eldaroğlu