Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra yeni layihələrə start verilib.
Kanal32.az xəbər verir ki, Özbəkistan-Azərbaycan ilkin olaraq 7 birgə layihəyə başlayır. Ümumi dəyəri 520 milyon dollar olan layihələr Özbəskitanda və Azərbaycanda yeni müəssisələrin açılması, otel və yaşayış komplekslərinin tikintisinə əhatə edir.
Azərbaycanda özəl sənaye məhəllələri yaradılacaq – HÖKUMƏTDƏN YENİ QƏRAR
Bunlar aşağıdakılardır:
1. Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi. Layihənin dəyəri 200 milyon dollardır.
2. Qaşqadərya vilayətinin Qamaşı rayonunda gips və gips-karton məmulatları istehsalı zavodunun tikintisi, istehsal gücü sutkada 350 ton. Layihənin dəyəri 20 milyon dollardır.
3. Daşkənddə “Agalarov Development” tərəfindən yaşayış komplekslərinin tikintisi. Layihələr 133 milyon dollara başa gəlib.
4. Azərbaycan Respublikasının Yevlax rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 104 milyon dollardır. Pambıq becərilməsinin başlanğıcından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Bu layihə Özbəkistanın “Global Textile” şirkətinin iştirakı ilə həyata keçirilir.
5. Azərbaycan Respublikasının Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi. Layihənin dəyəri 6 milyon dollardır və Özbəkistanın “BUSINESS TEX” MMC şirkətinin iştirakı ilə həyata keçirilir.
6. Azərbaycan Respublikasının İmişli rayonunda tekstil klasterinin yaradılması. Layihənin dəyəri 54 milyon dollardır və pambığın yığılmasından hazır məhsulun buraxılmasına qədər tam istehsal prosesini təmin edir. Layihə Özbəkistanın “TST GROUP” şirkətinin iştirakı ilə həyata keçirilir.
7. Azərbaycan Respublikasının Füzuli rayonunda Özbəkistan-Azərbaycan dostluq bağının yaradılması. Layihənin dəyəri 3 milyon dollardır.
/fed.az/