“Öz fərqində Ol” şəxsi inkişaf təşəbbüsü həyata keçirilir-FOTOLAR

Mingəçevirdə “Öz fərqində Ol” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb.

Kanal32.az-a verilən məlumata görə,Resource HUB-ın “İcmaların İnkişafı” proqramı çərçivəsində həyata keçirilən “Öz fərqində Ol” təşəbbüsünün ilk təlimi uğurla yekunlaşıb.

İlk görüş zamanı təlimçi Taleh Həsənli tərəfindən “Özünü Tanıma və məqsədlərin müəyyən edilməsi” mövzusunda layihəyə seçilmiş gənclər üçüm təlim keçirilib.

Təlim zamanı özünü tanımanın vacibliyi, texnikalar və alətlər haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Təşəbbüs Mingəçevir Dövlət Universiteti və Mingəçevir Gənclər Evinin tərəfdaşlığı və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Kanal32.az