Mustafayev Mustafa Qılman oğlu 1958-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur.1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakultəsini bitirib və həmin vaxtdan AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna təyinatla gəlmiş və hal-hazırda da orada işləyir.
Mustafayev M.Q. 1984-cü ildə Azərbaycan MEA “Bilik” cəmiyyətinin nəzdində yaradılmış “Cənc natiqlik” məktəbinin icnimai-siyasi fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1992-ci ildə AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şimali Muğnda meliorasiya olunmuş torpaqda duzların dərinliyə doğru yayılma qanunauyğunluqları” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.
O, 1990-1995-ci ildə Suraxanı Rayon Sovetinin deputatı olmuşdur.
Mustafayev Mustafa Qılman oğlu1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvidir. 25 ildən çoxdur ki, seçki kompaniyasındadır və hal-hazırda 31 saylı Suraxanı2-ci Seçki Dairə Komissiyasının23 saylı Məntəqə seçki komissiyasının sədridir.
2017-ci ildə“Muğan-Salyan massivində torpaqlqrın müasir vəziyyəti və onun yaxılaşdırılmasının eimi əsasları” mövzusunda « Torpaqşünaslıq»ixtisası üzrə doktorluq dissertasiya işini mwdafiə etmişdir.
2007-2009 cu illərdə “Muğan-Salyan massivinndə torpaq tədqiqatları” aparmaq məqsədilə təşkil edilmiş ekspedisiyanın rəhbəri olmuşdur.2010-2012 ci ildə isə “Şirvan düzündə torpaq tədqiqatları”aparmaq üçün təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir.
Azərbayçan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci msabiqəsinin qalibi olmuş “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpası” layihəsinin (15.03.2011–ci il tarixli EİF-2010-1 (1)-40/20)və “İrriqasiya sistemləri üçün yeni universal ehtimal statistik model və metodların yaradılması və Azərbaycan torpaqlarında meliorativ proseslərin optimallaşdırılmasında istifadəsi” (01.04.2017-01.04.2018 tarixli EİF-KETPL-2015-1(25)-56/13/1-M-28 ) layihəsininəsas icraçılarından biri olmuş və həmin ərazidə torpaqların yaxşılaşdırılması məqsədilə nəşr edilmiş 1 kitab və 1 tövsiyyənin həmmüəllifidir.
HəmçininQazaxstan alimləri ilə birlikdə«Влияние биопрепаратов на экологическое состояние плодородия темно-каштановых почв и на урожайность и качество овощных культур в условиях юго-востока Казахстана» mövzusunda qrant layihəsinin iştirakçılarından biridir (№AP08957180, 01.10.2020- 30.09.2021 гг.).
12 fəlsəfə və 1 elmlər doktorluq dissertasiyasına opponentlik etmişdir.
Mustafayev M.Q. ümumilikdə2monoqrafiya (tək), 1 dərs vəsaiti və 3 monoqrafiya ( Rusiya və digər ölkələrin alimləri ilə birlikdə), 4 kitab, bir tövsiyyənin (respublikada həmmüəlliflə), 1 buklet (həmmüəlliflə) ,150 məqalənin müəllifidir. Onlardan 80–ı xaricdə müxtəlif nüfuzlu jurnallarda nəşredilmişdir.
Ilk dəfə olaraq Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti kompleks tədqiqatlarla müəyyənlədirilmiş 1:200000 miqyasında tərtib olunmuş torpaqların duzluluq və deqradasiya xəritələrinin müəllifidir. Onun tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı, su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin riyazi asıllığı verilmişdir.
Mustafayev M.Q. 2014-cü ildə Avropa Nəşr Mətbuatı tərəfindən ilin ən yaxşı vətənpərvər tədqiqatçl alimi QIZIL MEDALI və Diplomuna layiq görülmüşdür.
O, elmi-təşkilatçılıq fəaliyyətinə görə 2015-ci ildə AMEA-nın Aqrar Bölməsinin Fəxri Fərmanı, 2018-ci ildə isə AMEA-nın Biologiya və Tibb Bölməsinin Fəxri Fərmanı ilə təıltif edilmişdir
Mustafyev M.Q. uzun müddətli tədqiqatlarına əsaslanaraq, Rusiya alimləri ilə birlikdə -«Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz–çəmən torpaqların istfadəsi yolları » (№ 2016118894, Способ освоения засоленных сероземно-луговых земель центральной части Азербайджана, 2017) mövzusunda Beynəlxalq Patent əldə etmişdir. Hal-hazırda bu patentdən Respublikada və Rusiyada geniş istifadə edilir.
O,Qazaxstan Respublikasında nəşr olunan«Почвоводение и Агрохимия »,Rusiyada nəşr olunan «Экология и строительства»,«Мелиорация и Гидротехника)»,«Природные системы и ресурсы» və «Агрохимический вестник»,Ukraynada nəşr olunan«Environmental safety and natural resources»jurnallarınınredaksiya heyətinin və redaksiya şurasının üzvidir.
Mustafayev M.Q. Qazaxstan Respublikası,Korkıt Ata adına Qızılorda Dövlət Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvi və həmin Universitetdə 3doktorontunun elmi məsləhətçisidir. Ümumilikdə 5 doktoranta rəhbərlik edir.
O, 2019-2020 ci ildəRespublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Aqresenozlar və ekosistemlərin mühafizəsi» üzrə Elmi Şuranın sədri olmuşdur.
Hal hazırdaRespublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Bilooğiya, aqrar və tibb elmləri üzrə» problem Şurasının sədr müavinidir.
O, 2018-ci ildəRusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvivə 2020- ci ildə isə həqiqi üzviseşilmişdir. Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının «Fəxri Doktoru» elmi adına layiq görülmüşdür (2020-ci il oktyabr).
Mustafayev M.Q. 2020-ci ildə”İlhamlı Azərbaycan” Layihəsininqaliblərindən olmuş və «İlhamlı Azərbaycan » döş nişanı ( medalı) ilə təltif edilmişdir.
Mustafyev M.Q. Beynəlxalq Torpaqşünaslar İttifaqının və B.B.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvidür. Mustafayev M.Q 2011– ci ildən Torpaqların meliorasiyası laboratoriyasının rəhbəridir.
Fərid Mustafayev,
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi təşkilat partiyasının sədr müavini