Nazir Şirzad Abdullayevi vəzifəsindən azad etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şirzad Abdullayevi müşavir vəzifəsindən azad edib.

Kanal32.az xəbər verir ki, məlumata görə, Ş.Abdullayev səhhətində yaranan problemə görə öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Xatırladaq ki, 2018-ci ildən İqtisadiyyat nazirinin müavini olan Ş. Abdullayev 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi. M.Cabbarovun müvafiq əmri ilə, İqtisadiyyat Nazirinin müşaviri təyin olunmuşdu.

/qaynarinfo/