Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan sərxoş halda avtomobil idarə edərkən qəza törədib.
BBC xəbər verir ki, o, ehtiyatsız avtomobil idarə etməkdə və polisə müqavimət göstərməkdə ittiham olunub.
Nazir polis bölməsinə aparılıb və orada dörd saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Allan artıq vəzifəsindən istefa verib. 39 yaşlı siyasətçi tezliklə məhkəməyə aparılacaq.
/modern.az/