Daxili İşlər Nazirliyi Çevik Polis Alayının rəisi Səhlab Bağırov vəzifəsindən azad olunub.
Bu barədə bu gün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayının rəisi general-mayor Səhlab Bağırov sərəncama götürülüb.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
Bu yerdəyişmə S.Bağırovun “vurulması” kimi qiymətləndirilə bilər.
Kanal32.az