Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the publisher domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260
Nazir Emin Əmrullayev vəzifəsindən azad ediləcək – Kanal32
Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u958475654/domains/kanal32.az/public_html/wp-includes/functions.php on line 6260

Nazir Emin Əmrullayev vəzifəsindən azad ediləcək

Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin ira olunmnadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, noyabrın 1-də Gülüstan sarayında keçirilən Təhsil forumunda qalmaqal baş verib. Medianın yazdığına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri tədbirə dəvət olunmaması ilə yanaşı, orada iştirak edən deputatlara qarşı hörmətsiz davranış onların forumu yarımçıq tərk etməsi ilə nəticələnmişdi.