Türkiyədə 22 illik fasilədən sonra, ikinci dəfə ilk dəfə isə paytaxt Ankarada təşkil olumuş 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı uğurları, maraqlı müzakirələri və görüntüləri ilə yadda qalıb. Dünyanın ən kritik böhran zonalarından birinin mərkəzində yerləşən Türkiyə milyonlarla insana müharibə deyil, sabitlik məkanı olduğunu göstərdi. Zirvə Türkiyədədir, Türkiyə zirvədə olduğunu göstərdi. Türkiyə hazırda dünyanın supergüclərindən biridir. Mərkəzi ölkələrdən biridir. Qlobal güc dairəsini müəyyən edəcək ölkələrdən biridir. Türkiyənin artan əhəmiyyəti, Avropa, Asiya və Afrikanın kəsişməsindəki strateji mövqeyindən, qlobal ticarət yolları üzərində dominantlığından və dəyişən dünyada mühüm vasitəçi və təhlükəsizlik aktyoru kimi rolundan qaynaqlanır. Bu geosiyasi və geostrateji çəki ölkənin çoxşaxəli siyasəti ilə daha da artır. NATO-nun Ankara Zirvə Görüşü dünyada dərin dəyişikliklərə aparan bir qapı kimi tarixə düşəcək. Ankarada keçirilən NATO Liderlər Zirvəsində Türkiyə Respublikasının Prezidenti Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş dünya mətbuatında geniş işıqlandırılıb. NATO Liderlərinin Zirvə Görüşü uzun illər təkcə qəbul edilən qərarlarla deyil, həm də təşkilatçılığının keyfiyyəti və diplomatik atmosferi ilə yadda qalacaq. Ankara Zirvə Görüşü təkcə NATO-nun imkanlarının deyil, həm də Türkiyənin beynəlxalq diplomatiya potensialının güclü nümayişi oldu. Türkiyədə keçirilən NATO zirvə toplantısı, son dövrlərdə dünyada baş verən hadisələr və yaranan vəziyyətlər səbəbindən əvvəlki zirvə toplantılarından daha çox əhəmiyyət daşıyır. Bu, təkcə NATO-ya üzv ölkələr üçün deyil, bütün dünya dövlətləri üçün olduqca vacib bir toplantıdır.
Zirvə toplantısının ən konkret siyasi nailiyyətlərindən biri Türkiyə-ABŞ münasibətlərində uzun müddətdir davam edən böhran mənbəyi olan CAATSA sanksiyalarının ləğv ediləcəyinin elan edilməsi idi. F-35 ilə bağlı müsbət mesajlar da Ankara-Vaşinqton münasibətlərində yeni bir fəsil gözləntilərini gücləndirdi. Ümumilikdə, sammit NATO-nun müdafiə xərclərini 5% hədəfinə yönəltdi. Türkiyənin geostrateji mövqeyi, hərbi gücü, müdafiə sənayesi, logistika dərinliyi və diplomatik əhatə dairəsi birlikdə nəzərdən keçirildikdə ortaya çıxan reallıq budur. Masadakı ən böyük problem ABŞ-ın strateji prioritetinin Hind-Sakit okean bölgəsinə getdikcə daha çox dəyişməsi və Avropaya ayrılan hərbi resursların azalmasıdır. Son illərdə NATO müttəfiqləri süni intellekt (Sİ), kvant texnologiyaları, biotexnologiya və insan potensialının artırılması texnologiyaları kimi yeni və dağıdıcı texnologiyalar üzrə hərtərəfli strategiyalar hazırlamaq üçün birgə çalışıblar. NATO-nun Dağıdıcı Texnologiyalar Strategiyası müttəfiqləri potensial rəqiblərdən qorunmaqla yanaşı, yeni texnologiyalar hazırlamağa və tətbiq etməyə təşviq etməyi hədəfləyir. NATO müttəfiqləri texnoloji inkişafın bütün mərhələlərində innovatorlar və sənaye ilə əməkdaşlıq edir; yeni məhsulların ilkin yaradılması və sınaqdan keçirilməsindən tutmuş yetkin texnologiyaların genişmiqyaslı istehsalına və onların müttəfiq ordularının gündəlik əməliyyatlarına tətbiqinə və inteqrasiyasına qədər yönəlmişdir.
7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçirilən NATO Zirvə Toplantısı yekununda, alyansın üzv ölkələrinin qəbul etdiyi və ortaq mövqeyini əks etdirən Ankara Zirvə Bəyannaməsi açıqlandı. Bəyanatda qeyd olunur ki, üzv dövlətlər NATO-nun 5-ci maddəsinə, kollektiv müdafiə bəndinə və transatlantik bağına “sarsılmaz sadiqliklərini” bir daha təsdiqləmək üçün Ankarada toplaşıblar və əlavə ediblər: “Bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik ölkələrdən ibarət olan Alyansımızın bir milyard vətəndaşı üçün sülh, təhlükəsizlik və rifahın təməli olaraq qalır. Biz çəkindirmə və müdafiəyə 360 dərəcə yanaşmamıza sadiq qalırıq”. Bəyanatda qeyd olunur ki, “müttəfiq ölkələr Rusiyanın Avro-Atlantik təhlükəsizliyi və sabitliyinə uzunmüddətli təhdidinə və davam edən terrorizm təhdidinə qarşı durmaq üçün Haaqa Müdafiə Andını həyata keçirirlər” və Avropa müttəfiqləri və Kanadanın 2025-ci ilə qədər vacib müdafiə ehtiyaclarına investisiyalarını 139 milyard dollardan çox artırdıqları vurğulanır. Ankarada 50 milyard dolları aşan yeni satınalma müqavilələrini elan edirik və kollektiv istehsal gücümüzü artırmaq və innovasiyanı sürətləndirmək üçün sənaye ilə işləməyə sadiqik. Müttəfiqlər arasında müdafiə ticarətindəki maneələri aradan qaldırmaq və müdafiə sənayesində dərinliyi və əməkdaşlığı maksimum dərəcədə artırmaq üçün NATO tərəfdaşlığından istifadə etmək səylərimizi davam etdirəcəyik.” Bildirilib ki, NATO-nun çəkindirmə və müdafiəsi kosmik və kiber elementlər tərəfindən dəstəklənən nüvə, ənənəvi və raketdən müdafiə imkanlarının uyğun kombinasiyasına əsaslanır. Döyüş üstünlüyünü qorumağa sadiqliyi vurğulayan bəyanatda deyilir: “Silahlı qüvvələrimizi yerləşdirmək, dəstəkləmək və saxlamaq üçün imkanlarımıza sərmayə qoyuruq; dəqiq zərbələr, inteqrasiya olunmuş hava və raketdən müdafiə, pilotsuz sistemlər, qabaqcıl texnologiyalar və kəşfiyyat imkanları da daxil olmaqla, bütün sahələrdə müəyyən edilmiş imkan hədəflərimizi tətbiq edirik. Birlikdə problemsiz işləyə bilən və güclü süni intellekt modellərini tətbiq edə bilən transatlantik döyüş buludu hazırlayırıq.” Ankaradan birlik, həmrəylik və daha güclü müdafiə mesajı gəldi.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı