Namiq MƏMMƏDLİ:”Şuşada olacağım günü səbirsizliklə gözləyirəm!..”

Mən Qubadlıda 1993-cü ildə olmuşam. Hər zaman istəmişəm ki, işğaldan azad olunmuş torpaqlarda olum. 55 yaşım olsada, peşəmi çox sevirəm. Və zövq alıram gördüyüm işlərdən. Son vaxtlar-2 il, ən çox şəhid tədbirlərində oluram, qazilərin yanında oluram. Mən Şuşanı çox sevirəm. Bu günlərdə 55 illik yubileyimlə bağlı tədbir oldu. Prezidentin fərdi təqaüdçüsü Ofelya Babayeva haqqımda xoş sözlər söylədi. Və dedi ki, arzu edirəm Şuşada olasan.
Mən  2014-cü ildə bir jurnalist olaraq Qarabağ mükafatı alanda çox təsirlənmişdim.Sevincdən gözlərim yaşarmışdı. Onu mənə təqdim edən Şuşanın icra başçısına demişdim ki, bu mükafatı aldığıma görə qürur duyuram. Amma bir arzum da var, Şuşada olum.
Mən ixtisasca filoloqam, müəlliməm. Demək istəyirəm ki, arzum budur ki, Şuşaya tək jurnalist kimi gedib yazı yazmaq yox, gələcəkdə müəllim kimi də dərs deyim.Şuşada olacağım günü səbirsizliklə gözləyirəm!..

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az