Müvəkkil Hüquq Mərkəzinin Könüllüləri arasında yeni iş bölgüsü aparılıb

Müvəkkil Hüquq Mərkəzinin Könüllülər Departamentində fəaliyyətin daha səmərəli təşkili və könüllülər arasında iş bölgüsünün təkmilləşdirilməsi məqsədilə yeni təyinatlar həyata keçirilib.

Hazırda departamentin tərkibində 50 könüllü fəaliyyət göstərir. Könüllülərin fəaliyyət istiqamətləri, bacarıqları və maraqları nəzərə alınaraq departament daxilində müxtəlif məsul vəzifələr üzrə təyinatlar aparılıb.

Bununla bağlı Müvəkkil Hüquq Mərkəzinin Könüllülər Departamentinin rəhbəri Cavid Vəkilov məlumat verib.

O bildirib ki, Cavidan Həzizadə və Nuray Rzazadə departament rəhbərinin müavini vəzifələrinə təyin olunublar.

Zeynəb Qasımlı, Əsmər Ağayeva, Mahirə Məmmədova, Nərgiz Hümmətzadə, Leyla Xəlilova, Könül Muradova, Sevinc Cəbiyeva, Lamiyə Əmirli, Əli Hüseynli, Gülər Abdullazadə, Nəzrin Abdullazadə  Dəniz Əliyeva isə departamentin müxtəlif fəaliyyət istiqamətləri üzrə baş koordinator və koordinator vəzifələrinə təyin ediliblər.

Yeni təyinatlarla əlaqədar olaraq departamentdə hüquqi maarifləndirmə, xarici əlaqələr, layihələrin hazırlanması və icrası, könüllülərlə iş, media və ictimaiyyətlə əlaqələr, həmçinin təlim və inkişaf istiqamətləri üzrə fəaliyyətin daha sistemli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Yeni vəzifələrə təyin olunan könüllülərin fəaliyyətə başlaması ilə departamentin mövcud layihələrinin genişləndirilməsi, yeni layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də könüllülərin ictimai fəaliyyətə daha fəal cəlb olunması planlaşdırılır.