Müvəkkil Hüquq Mərkəzi şəhid ailələrinə və qazilərə hüquqi yardım edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi “Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin icrasına başlayıb.
Kanal32.az xəbər verir ki, bu barədə QHT.AZ saytına Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov məlumat verib.
O, bildirib ki, şəhid ailələri və müharibə veteranlarının (qazilər) hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Layihə çərçivəsində şəhid ailələrinin və müharibə veteranların maarifləndirilməsi ilə bağlı 4 televiziya verilisinin (internet televiziyaları nəzərdə tutulur) çəkilməsi nəzərdə tutulur.
Eyni zamanda fəaliyyət istiqamətlərinə Tovuz, Şirvan, Şabran, Siyəzən rayonlarında bu kateqoriyadan olan şəxslərlə görüşün keçirilməsi və hüquqi yardımlar göstərilməsi daxildir. Layihə 3 ay ərazində həyata keçiriləcək.