Müvəkkil Hüquq Mərkəzi bu rayonunda şəhid ailələri və veteranlara görüş təşkil edib-FOTO

Müvəkkil Hüquq Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Şabran rayonu Heydər Əliyev Mərkəzində hüquqi – maarifləndirici tədbir keçirib.

Tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika  və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu  həssas qrupa   aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”.

Daha sonra çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov rayonda şəhid ailələrinə və müharibə veteranlarına göstərilən diqqət və qayğıdan bəhs edib.

Müvəkkil Hüquq Mərkəzinin sədri  və layihənin koordinatoru Səməd Vəkilov bildirib ki, dövlət tərəfindən bu fəaliyyətlərin dəstəklənməsi həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşmasına əlavə töhfədir. Çünki bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallşadıracağını bilmir və eyni zamanda müxtəlif  müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər.

Bütün bu məsəllərdə Müvəkkil Hüquq Mərkəzi layihə benefisarlarına dəstək olmağa hazırdır. Təşkilat sədri eyni zamanda qeyd edib ki, problemlərdən biri də şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericiliklə nəzərdə tutulan hüquqlar haqqında az məlumatlı olmasıdır. Bu məqsədlə layihə çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqları ilə bağlı 3 maarifləndirici  veriliş və buklet hazırlanıb.

Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan hüquqları barəsində geniş məlumat verib.

Tədbir sual -cavab və Müvəkkil Hüquq Mərkəzinin hüquqşünaslarının tərəfindən hüquqi yardımın gösətrilməsi ilə davam edib.

Görüşdə Hacı Malik Xəlil Ağagül oğlu  Şabran rayonun şəhidlərinə həsr olunmuş “Qısa ömrün uzun illəri” adlı kitabını millət vəkili Sadiq Qurbanova təqdim edib. Eyni zamanda 44 günlük vətən müharibəsinə və şəhidlərin xatirəsinə həsr edilən “Dəmir Yumruq”  abidəsinin eskizi təqdim edilmişdir.

Millət vəkili, icra hakimiyyəti başçısı,rayonun digər qurumları rəhbərlərinin iştirakı ilə şəhid ailələri və mühariibə veteranları ilə görüş çay süfərində davam etmişdir.