Musiqi məktəbi 28 May “Müstəqillik günü”nə həsr olunan konserti keçirib-FOTOLAR

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində 28 May “Müstəqillik günü”nə həsr olunmuş sinif konserti keçirilib.
Kanal32.az-a verilən məlumata görə, konsertin təşkilatçısı məktəbin Fortepiano müəllimi Zeynəb Mustafayeva olub.
Tədbirdə Müstəqil Azərbaycanın xilaskarı Ulu öndərin Heydər Əliyevin müstəqilliyimizin qorunmasındakı tarixi xidmətlərindən danışılıb. Eyni zamanda 1918-ci ildə müsəlman Şərqində ilk demokratik cumhuriyyətin qurulması, həmin dövrün tarixi şəraiti və dövlətin qurucuları olan ziyalılarımız haqqında məlumat verilib.
Konsertdə şagirdlər müxtəlif janrlarda əsərlər, rəqslər və şeirlər ifa etdilər.
 
Kanal32.az