Yüksək məqamlı iranlı hərbçi, general-mayor Qolaməli Rəşid bəyan edib ki, İran silahlı qüvvələrinin gücü «düşmən üçün dağıdıcıdır» və xəbərdarlıq edib ki, İranın təhlükəsizliyini təhdid etməkdə sonist rejimi ilə əməkdaşlıq edən istənilən ölkə İran silahlı qüvvələrinin hələfinə çevriləcək.
Bu barədə İranın İRNA informasiya agentliyi xəbər verib.
General qeyd edib ki, «sionist rejimi» İran da daxil olmaqla, bölgənin bütün ölkələri üçün hərbi təhlükəsizlik təhdididir.
Mollaxana generalı Rəşid öz çıxışında əlavə edib ki, İranın birləşmiş gücü düşmənə qarşı dağıdıcıdır və istənilən ölkə İranın milli təhlükəsizliyini təhdid etməklə, ölkənin silahlı qüvvələrinin hədəfinə çevriləcək və İran ordusu buna qarşı lazımi cavab tədbirləri görəcək.
Böyük ehtimalla, iranlı generalın bəyanatının əsas «adresantı» Bakıdır. Azərbaycan ordusu Türkiyə ordusunun iştirakı ilə İran sərhədinin yaxınlığında bir neçə böyük hərbi təlim keçirib. Molla rejimi Bakını pozucu fəaliyyətdə və azərbaycanlıların (cənubdakı Azərbaycan türkləri) yaşadığı yaşayış məntəqələrində situasiyanı qarışdırmaq cəhdində günahlandırır. Amma Qarabağ savaşının lap əvvəlindən fars-molla rejimi təcavüzkar Ermənistanı əl altından silahlandırıb, ermənilərə hər cür dəstək, o cümlədən, siyasi və iqtisadi dəstək verib.
Azərbaycana «buynuz göstərməklə», ehsan yeməkdən künəsi arvad dalı kimi şişmiş, «yolka kölgəsində xaç çevirən» və donuz yeyən kafirlə öpüşməkdən zövq alan, əvəzində isə bütün islam dünyasını «mən şiəyəm» deyib də aldadan simasız mollalar bununla, bir növ, «qara məni basınca, mən qaranı basım» cəhdi göstərir. Məsəl var, belə məqamda itdən soruşurlar, niyə hürürsən, cavab verir ki, qorxuduram. «Bəs, quyruğunu niyə bulayırsan?» sualına isə «özüm də qorxuram» cavabını verir…
Molla təhdidi bir hərbçinin «yekəbaş bəyanatı» ilə bitib-tükənmir. Belə ki, molla rejiminin xarici işlər naziri H.Ə.Abdullahiyan (yan?!) da azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbəti zamanı İranın bölgə dövləti olmayan xarici ölkələrin burada iştirakı ilə razı olmadığını qeyd edib.
Xarici dövlət dedikdə, böyük ehtimalla, iranlı «yan» İsraili nəzərdə tutub. Belə ki, Azərbaycanın İsraillə dost münasibətini həzm edə bilməyən molla rejimi, yeri gəldi-gəlmədi, iki dövlət arasındakı xoş münasibətləri tənqid hədəfinə çevirir və Azərbaycanı haqsız yerə «sionist rejimi ilə əməkdaşlıqda günahlandırmaq» cəhdləri göstərir…
Mollaların buynuz göstərməsi isə mahiyət etibarı ilə «eşşək belində həccə getmək» kimi bir rəzalətdir. Belə ki, eşşək belindəki əmmamənin altında gizlədilmiş buynuz sınıq və salxaqdır – yel əsən kimi, ovulub töküləcək qədər «maxara» bir zaddır və Türk dünyası üçün hər-hansı real təhlükə yarada bilməz…
Mirzə AĞ
AzPolitika.info