Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə elan olunmuş 2025-ci il ilin “Konstitusiya və Suverenlik ili” elan olunması ilə əlaqədar olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Konstitusiya və Suverenlik ili” çərçivəsində geniş tərkibli tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açılış nitqi ilə açan MKTİB-nin rəisi Şəhriyar Mustafayev iştirakçıları səmimi salamlayaraq, mövzunun aktuallığı və əhəmiyyəti barədə geniş və dərin məzmunlu məruzə ilə çıxış edib. Ş. Mustafayev qeyd edib ki, bu cür tədbirlər ölkəmizin müstəqilliyinin, konstitusiya dəyərlərinin və suverenliyimizin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə çıxış edənlər, MKTİB-nin əməkdaşı Qurban Vahidov, MKTİB-nin rəis müavini Cavanşir Əhmədov, MKTİB-nin Hüquq məsləhətçisi Rafik Yusifov, MKTİB-nin şöbə müdiri Fəxrəddin Mabudov, Telejurnalist-politoloq İnqilab Şirinli mövzu ətrafında dəyərli fikirlər səsləndirərək, ölkəmizin konstitusion inkişaf yolu və dövlət suverenliyi sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat veriblər.

Sonda vurğulanıb ki, belə tədbirlər və maarifləndirici görüşlər cəmiyyətin bütün təbəqələrinin Konstitusiya dəyərlərinə hörmət ruhunda formalaşmasına xidmət edir və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayır.


