Oktyabrın 17-də Mingəçevir Şəhər Xəstəxanasının rəhbərliyi,eyni zamanda Təcili və Təxirəsalınmaz Yardım Xidmətinin əməkdaşları Şəhid Mingəçevirli döyüşçü Atiq İbrahimovun ölümünün bir illiyi münasibətilə Şəhidlər Xiyabanı Xatirə Kompleksini ziyarət edib.
Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov başda olmaqla bir qrup səhiyyə işçisi o cümlədən şəhidin anası Gülüş İbrahimovanın çalışdığı Təcili Tibbi Yardım Stansiyasının rəhbərliyi və əməkdaşları xiyabanda uyuyan şəhid Atiq Ariz oğlu İbrahimovun məzarını ziyarət edib.Ziyarətçilər məzar önünə əklil qoyub və məzar üstünə çiçək dəstələri düzüblər.
Eyni zamanda Azərbaycan Ordusunun Zəfər yürüşündə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışan anım tədbiri iştirakçıları taqım komandiri kimi döyüşlərin fəal iştirakçısı olmuş Atiq İbrahimovun zəfər yolundakı xidmətlərindən söhbət açılıb.
Qeyd edək ki Atiq İbrahimov Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub Sonda ziyarətçilər xiyabanı dolaşaraq bütün şəhidlərin xatirəsinə ehtiram nümayiş etdirib.
Ehtiram Muradov