Mingəçevirin tarixi ilə bağlı sensasion iddia- FOTOLAR

Araşdırmaçı mütəxəssisdən iddialı açıqlama: Mingəçevir dünyanın ən qədim yaşayış məskənlərindən biridir”. 

Mingəçevirli araşdırmaçı Qurban Vahidovun yekunlaşmaq üzrə olan və şəhərin qədim tarixindən bəhs edən zəngin araşdırmalar toplusu hər kəsi heyrətləndirməklə yanaşı şəhərin qədim tarixinə yeni bir işıq salacaq. O, tarixi araşdırmada arxeoloji qazıntıların və mənbələrin zəncirvari sintezini yaradıb. Qeyd olunur ki, qarşımızda Azərbaycanın ən böyük arxeoloji irsi olan – qədim Mingəçevirin vizual rekonstruksiyası dayanır. Kür çayının sahilində, sivilizasiyaların kəsişməsində yerləşən bu şəhər əsrlər boyu öz tarixi sirlərini yeraltı təbəqələrin altında qoruyub saxlamışdır. Türk Dünyası Akademiklər Birliyinin və Türk Dünyası Tarixçilər Şurası üzvü, araşdırmaçı Qurban Vahidovun illərlə davam edən fundamental təhlili və unikal tədqiqatları sayəsində Mingəçevirin tarixi barədə tamamilə yeni bir səhifə açılır. 1946-1953-cü illər arasında aparılan qazıntılardan məlumatlar toplayan və qədim mənbələri təhlil edən müəllif  heyrətamiz bir fərziyyə irəli sürür və əsaslandırır ki:
1. Mingəçevir dünyanın ikinci ən qədim davamlı məskunlaşmış şəhəridir.
2. Mingəçevir qədim türk şəhəridir və şəhərin adının etimoloji nəzəriyyəyə görə mənşəyi iki türk,  Minki + Savir (yunan. Σάβιροι, лат. Sabir) qəbilə birliyinin adlarının birləşməsinin və fonetik transformasiyasının nəticəsi olduğunu göstərir.
Bu mənada tarixi  fotoların nəzəriyyə üçün əsas dəlillərini də təqdim edir:
1.Eneolit dövründən (e.ə. 4-cü minillik) çoxqatlı yaşayış məskənləri,
2.Qafqaz Albaniyasının unikal küp qəbirləri,
3.V-VI əsrlərə aid alban yazısı olan erkən xristian kilsələrinin xarabalıqları və qədim dövlətçiliyin və ticarətin simvolu olan məşhur gil bulla (möhür).

Foto: Qurban Vahidov

Ehtiram Muradov

Azmedia.Az