Mingəçevirin mərkəzi bazarındakı biabırçı vəziyyətlə bağlı reyd keçirilib-VİDEO+FOTO

Mingəçevir şəhərinin keçmiş “kolxoz bazarı” adlanan mərkəzi bazarındakı acınacaqlı durumla bağlı reyd keçirilib.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər İcra Hakimiyyəti, şəhər Polis şöbəsi,icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ,mətbuat nümayəndələrinin iştirakı ilə bazarda reyd keçirilib. Məqsəd bazarın ətrafında antisanitar şəraitdə satılan kənd təsərrüfatı məhsullarının yığışdırılaraq bazarın içərisində satılması təmin etməkdən ibarət olub.

Bazar satıcıları ilə söhbətlər aparılıb,onlar üçün bazarın içərisində yaradılan piştaxtalardan istifadə etmələri tövsiyə olunub. Lakin satıcılar mallarını içəridə satmaqdan imtina edirlər. Səbəb də bazarın içərisindəki piştaxtalar onlara azlıq edir və həm də müştərilərin içəridən alver etmədiklərini səbəb gətirdilər.

Bu acınacaqlı vəziyyətlə barışmayan bazarın içərisində müştəri üzünə həsrət qalan satıcılar isə deyir ki,onlar da günlərlə alver edə bilmir. Uzun çəkən söz-söhbətdən sonra satıcılar bayramdan sonra məhsullarını bazarın içərisində onlar üçün ayrılmış yerlərdə satacaqlarına söz verdilər.

 

Esmira Hidayətova