Mingəçevirdə“Şəhidlər” poeması əsasında tamaşa hazırlanır-FOTOLAR

Mingəçevir Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında tamaşa hazırlanır.

KANAL32.az-a bu barədə Prezident mükafatçısı , Tərəqqi medallı kino və teatr rejissoru Cavid Təvəkkül məlumat verib. Rejissorun quruluş verdiyi “Şahidlər” adlı teatral kompozisiyanın ikinci rejissoru Prezident mükafatçısı , Qızıl Dərviş Mükafatçısı İbrahim Türksoydur ( Salamov) Teatrın aktyorlarının ifasında təqdim olunacaq teatral kompozisiya yanvar ayının 20-də nümayiş etdiriləcək. Hazırda tamaşanın məşqləri davam edir.

Tamaşada tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş faciənin yaddaşımıza həm kədər, həm də qürur günü kimi həkk olunmasından, şəhidlərimizin qanı ilə yazılan bu tarixin xalqımızın azadlıq mübarizəsinin rəmzinə çevrildiyindən bəhs edilir.