Mingəçevirdən olan yaralı qazilərin son durumu-FOTOLAR

Cəmiyyətdə baş verən qanqaraldıcı hadisələr insanlara fiziki, mənəvi, əqli cəhətdən müxtəlif dərəcədə təsirini göstərərək, psixoloji gərginliyin yaranmasına səbəb olur. Yaranan stresslər, gərginliklər müxtəlif formalarda təzahür olunur. Bunlardan ən dəhşətlisi isə müharibənin törətdiyi psixoloji travmalardır. Dünya psixoloqları və alimləri müharibənin törətdiyi fəsadlardan doğan psixoloji amilləri ən ağır stress faktoru kimi qəbul edirlər.

Azərbaycanda da baş verən 44 günlük Vətən müharibəsi zamanı hadisələr insanlarda gərginliyin artmasına, psixi pozuntulara, stressə səbəb oldu ki, insanlarımız hələ də bundan yan ötə bilməyib.44 günlük vətən müharibəsindən az zaman ötsə də hələ də sağlamlığında ciddi problemlər olan yaralı qazilərimiz var.Hazırda onlar xəstəxanalarda müalicə alır,sağlamlıqlarına az da olsa təsir edir.

Mingəçevirdən olan yaralı qaziləri bu günlərdə Mingəçevir şəhər Xəstəxanasının baş həkimi Ülfət Qurbanov vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb. Qeyd edək ki,bu qazilər müharibə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Onlardan Pərviz Məmmədov,Bayram Salmanov,Vüqar Ələsgərov ,Eyyub Niftəliyev və başqaları. Həkim qaziləri narahat edən problemlə yaxından tanış olub.Problemlə bağlı qeydiyyat götürüb.

Daha sonra xəstəxanada müalicə alan kəllə-beyin travması olan qazi İsmayıl Seydimovu ziyarət ediblər. İsmayılın səhhəti az da olsa yaxşıdır. Buna görə İsmayıl saytımız vasitəsi ilə ona dəstək olan deputat Aydın Mirzəzadəyə,İcra başçısı İlham İsmayılova,YAP şəhər təşkilatının sədri Cavanşir Yusubova,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları,Şəhid ailələri İB sədrinə və Mingəçevir xəstəxanasının bütün həkimlərinə, baş həkimə,tibb bacılarına öz təşəkkürünü çatdırmağımızı istədi.İsmayıl deyir ki,bəzən həkimlərimizi qınayırıq amma bizim kimi xəstələr həkimsiz yaşaya bilməz.

Esmira Hidayətova,

Mingəçevir