Məktəblilər arasında “Nə? Harada? Nə üçün?” oyunu üzrə intellektual yarış keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Mingəçevir şəhər təhsil sektorunun təşkilatçılığı ilə Nə? Harada ? Nə üçün ? intellektual bilik yarışı keçirilib. Mətkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 23 komandası bu yarışa qatılıb.
Əvvəlcə Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Daha sonra Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevin Həsənova çıxış edərək bütün komandalara uğurlar arzulayıb. Yarışa start verilib. Komandalar birincilik uğrunda mübarizə aparıblar.
Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə görə Mingəçevir məktəbliləri birincilik qazanıblar. Belə ki, Mingəçevirin “Brain” komandası birinci yerə, Zərdabın “Viktoriya” komandası ikinci yerə, Mingəçevirin “Göytürk”komandası üçüncü yerə layiq görülüb.
Esmira Hidayətova,
Mingəçevir
Kanal32.az