Dünyaya hərə bir cür gəlir. Elələri var ki, dünyaya gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş etməkdən başqa bütün ömürləri boyu əllərindən bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlarda var ki,qarşılarına məqsəd qoyur və çalışır ki,qarşısına qoyduğu məqsədə çatsın.
“Məqsədə çatmaq istənilən insan üçün, xüsusilə də karyerada ilk addımlarını atan gənclər üçün vacib amillərdən hesab olunur”.
Haqqında söz açacagımız gənc mingəçevirli, Mingəçevirdə 4 ilə yaxın bir vaxtda fəaliyyət göstərən “Careerland” Təhsil Mərkəzinin rəhbəri Elnur Həsənovdur.
Bizimlə həmsöhbət olan tədris mərkəzinin rəhbəri Elnur bəy ali(bakalavr) təhsilini Türkiyənin Kocaeli şəhərində yerləşən Kocaeli Universitetində alıb.Magistr təhsilini isə Mingəçevir Dövlət Universitetində(MDU-da) davam etdirir.
“Careerland” Təhsil Mərkəzi fəaliyyətə 2020-ci ilin fevral ayından başlayıb. Artıq 3 ildir ki fəaliyyət göstərir. Mərkəzin əsas məqsədlərindən biri öz ixtisasını laiqli yerinə yetirən savadlı müəllimlər ilə savadlı kadrlar yetişdirməkdir. Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikası Təhsilin inkişafı üzrə dövlət strategiyasına əsasən aparır. Xalqımızın hər bir vətəndaşına hərtərəfli bilik və bacarıqların verilməsi, təhsil infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi, insanlara texnologiyaları çevik mənimsətmək, onlara əmək bazarında layiqli yer tutmasında, ömür boyu təhsil prosesinə qoşulmasında, sağlam həyat tərzi və ətraf mühitə münasibətdə düzgün mövqe seçməsində köməklik etmək mərkəzin əsas məqsədlərindəndir.
Elnur bəy bizimlə söhbətində şagirdlərin gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlanması, müasir dövrdə tələb olunan bilik və bacarıqların aşılanması istiqamətində görülən işlər qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu bildirdi:” Təhsilalanların savadlı və səriştəli şəxs kimi formalaşmasında mühüm rol oynayan peşəkar, gənc, təcrübəli müəllim kollektivimiz var. İnformasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərimiz daha çox və tez öyrənməyə meylli olurlar.Əsas missiyamız şagirdlərimizin arzuladığı təhsil, dəyərlərimiz isə dürüstlük, fədakarlıq, vətənpərvərlik,qayğı,sədaqət,və cəsarətdir. Məqsəd hər bir kəsi uğura aparacaq desəm yanılmaram”.
Yeniliklərdən danışan Elnur Həsənov onu da qeyd edib ki, artıq İELTS hazırlaşmaq üçün Bakıya getməyə gərək yoxdur. Çünki biz bunu bacardıq. Careerland Təhsil Mərkəzi adından başda İsmayıl müəllimi və tələbələrimizi təbrik edirik.
Siz də İELTS almaq istəyirsinizsə buyurun, bu nömrələrlə-+994(51)444-12-52 ; +994(99)344-12-52 ; +994(70)344-12-52 əlaqə saxlaya bilərsiniz. Bundan əlavə Mingəçevir şəhərində 5-14 yaş arası uşaqlar üçün təşkil olunmuş Mental arifmetik proqramında övladınızın riyazi biliklərini gücləndirməklə bərabər digər sahələrdə də öyrənmə potensialları artır, məntiq, sürətli düşünmə, anında doğru qərar vermə, fotoqrafik yaddaş, özünə inam, həyəcanın aradan qaldırılması kimi bacarıq və vərdişlərə də yiyələnir”.
Rekord uğurlardan danışan təhsil mərkəzinin rəhbəri 2022 -2023-cü tədris ilində magistr hazırlığında şəhər üzrə ən yüksək nəticəni göstərdiklərini bildirib. Bundan əlavə hər il onlarla məzunları dövlət qulluğunda uğur qazanır. Test və musahibə mərhələsini də keçirlər.
Növbəti əməkdaşlıqdan danışan mərkəzin direktoru Careerland Təhsil Mərkəzi olaraq ITAC – International Training and Assessment Center ilə Cambridge ingilis dili imtahanlarına hazırlıq və təşkili çərçivəsində əməkdaşlığa başladıqlarını bildirib.
Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri isə aşağıdakılardır:
-Məktəbəqədər hazırlıq;
-İbtidai sinif hazırlığı;
-5,6,7 və 8-ci siniflər üçün təməl fənlərdən hazırlıq;
-Buraxılış imtahanına hazırlıq;
-8,9,10 və 11-ci siniflər və məzunlar üçün Abituriyent hazırlığı;
-MİQ hazırlığı;
-Magistratura kursu;
-Xarici dil kursları;
-Kurikulum və Kompüter kursları;
-Dövlət qulluğuna hazırlıq;
Dövlət imtahan mərkəzinin qəbul proqramına uyğun dərslər Azərbaycan və Rus bölmələri üzrə keçirilir. Hər ayın sonunda mövzu sınaqları, əlavə ödənişsiz dərslər, Şagirdin dərsə hazırlığı və davamiyyətinə nəzarət, Həftəsonu valideynlərə mütəmadi məlumat…
Esmira Hidayətova,
Mingəçevir