Mingəçevirdəki bəzi iaşə obyektlərində reyd keçirildi və…FOTOLAR

Mingəçevirdə bir neçə  iaşə obyektində reyd keçirilib.

Mingəçevirdə şəhər İcra Hakimiyyəti,bələdiyyə və Polis Şöbəsinin əməkdaşları,icra hakimiyyəti və bələdiyyə yanında ictimai şuranın üzvüləri şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə müəssələrində nəzarət tədbirləri həyata keçiriblər.

Əsas məqsəd mövsümi sənədsiz xidmət göstərən iaşə obyektlərinə xəbərdarlıq etmək,göstərdikləri xidmət çərçivəsində əhaliyə maneəçilik törətməmək,səliqə səhmana rəayət etməkdir. Bu məqsədlə obyekt sahiblərinə ciddi xəbərdarlıq edilib,müqaviləsiz işləyən obeytlərə də xəbərdarlıq edilib.

Reyd zamanı obyekt sahiblərinə sanitariya-gigiyena qaydalarına əməl etmələri də tövsiyə olunub.Bu cür reydlər mütamadi olaraq keçiriləcəyi bildirilib.

Esmira Hidayətova,

Mingəçevir

/kanal32.az/