Mingəçevirdə günün tələblərinə cavab verməyən 7 bağça və 1 tam orta məktəbdə təmir tikinti işləri aparılır.
Kanal32.az-ın məlumatına görə bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevirdə təmir aparılan təhsil müəssisələrinə baş çəkib. Belə ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov şəhərə səfəri çərçivəsində Mingəçevir şəhər 2, 4, 6, 9, 13, 19 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında aparılan təmir-tikinti ilə yaxından tanış olub.
İş icraçısı r bağçalardakı mövcud vəziyyət , həyata keçirilən fəaliyyətlər, tikinti-quraşdırma və konstruksiya işlərinin aparılması ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verib. Bildirilib ki, işlər layihəyə uyğun şəkildə aparılır və nəzərdə tutulan vaxtda başa çatırılacaq.
Qeyd edək ki, Mingəçevir şəhər 4 və 21 nömrəli körpələr evi-uşaq bağçalarında əsaslı təmir, şəhər 2, 6, 9, 13 və 19 nömrəli körpələr evi-uşaq bağçalarında isə cari təmir aparılması nəzərdə tutulur. Bundan əlavə olaraq hazırda Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə də təmir-tikinti işləri davam etdirilir.
Esmira Hidayətova