Mingəçevir ümumtəhsil müəssisələrində təhsil alan xüsusi istedada malik olan IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Mingəçevir Dövlət Universitetinin və Təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil müəssisələrində təhsil alan xüsusi istedada malik olan IX-XI sinif şagirdləri ilə görüş təşkil olunub. Giriş sözü ilə çıxış edən Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlığın qurulmasında öz dəstəyini əsirgəməyən Universitetin rektoru Şahin Bayramov öz təşəkkürünu bildirib.
Sektor müdiri görüşun məqsədini istedadlı şagirdlərlərin inkişafını təmin etmək , bu günün şagirdləri sabahın alimlərinin vaxtında aşkarlanması və üzə çıxarılmasında ,MDU -nin alimlərinin köməyi ilə elm və layihə əsaslı sahənin inkişafına dəstək olmasını təmin etməkdən ibarətdir olduğunu diqqətə çatdırıb.Sevinc Həsənova onu da bildirib ki, Sabahın alimləri respublika müsabiqəsinin, Respublika Fənn Olimpiadalarının, Beynəlxalq olimpiadaların hazırlıq proseslərini MDU -nun alimlərinin qarşılıqlı dəstəyi əsasında qurmaq daha böyuk uğurlara vəsiqə qazanmağa əsas verəcəkdir .
Məruzə ilə çıxış edən Təhsil fakultəsinin dekanı ,tarix üzrə fəlsəfə doktoru dosent Nizami Zeynalov, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva, Fizika və ekologiya kafedrasının dosenti, kimya üzrə fələsəfə doktoru Adil Aslanov , İnformasiya texnologiyaları kafedrasının müəllimi Elvin Muradzadə, riyaziyyat kafedrasının müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Babayev elmi araşdırmalar onun yolları çətinlikləri və əldə olunmuş uğurların təhsilin inkişafına töhfə verməsindən danışıblar.
Çıxışların ardınca Mingəçevir şəhər Təbiət Riyaziyyat Humanitar Elmlər təmayüllü liseyin, Texniki Humanitar Liseyin ,Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri İnformasiya texnologiyaları, biologiya, kimya fənni üzrə elmi araşdırmalarını təqdim ediblər.
Sonra şagirdlərləri maraqlandıran suallar cavablandırılıb.Qərara alınıb ki,bundan sonra da bu sahənin inkişaf etdirilməsi təhsilverənlərin xüsusi diqqətində saxlanılsın.
Esmira Hidayətrova,
Mingəçevir