Mingəçevirdə üç avtomobil toqquşub-FOTO

Mingəçevir şəhərində yol qəzası olub.

Kanal32.az xəbər verir ki, sentyabrın 17-si saat 08:20 radələrində şəhərin H.Əliyev prospektində üş avtomobil toqquşub.Hadisə Heydər Əliyev parkının qarşısındakı işıqforda baş verib. Prospektdə hərkətdə olan Vaz2109, “Opel” və “Hundai” markalı avtobillər toqquşub. Nəticədə hər üç avtomobilə ziyan dəyib.Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Faktla bağlı müvafiq qaydada araşdırma aparılır. Hadisənin səbəbləri ilkin ekspertizadan sonra müəyyəndləşdiriləcək və hüquqi qiymət veriləcək.

Əfqan Şirin