Mingəçevirdə övladı xəstə olan qadın aldadılıb,yoxsa…?-VİDEO

Mingəçevir sakini Durna Rüstəmova Kanal32.az-a müraciət edərək düşdüyü probleminin həllində ona dəstək olmağımızı xahiş edib. Belə ki,Durna Rüstəmova serebral iflic övladının əməliyyatı üçün ona 2015-ci ildə ona lazım olan məbləği tapmadığı üçün Mingəçevirdə qızıl Yeganə kimi tanınan qadına 500 manat pul istədiyini iddia edib. Həmin Yeganə xanımda ona da pul lazım olduğunu deyib və Durna Rüstəmovaya ev sənədini banka girov qoyaraq pul götürə biləcəklərini bildirib. Bunlar öz aralaırnda belə razılığa gəliblər ki,həmin puldan Durnaya övladını əməliyyat etdirmək üçün 500 manat pul çatacaq. Yeganə xanım isə Durna Rüstəmovanın evini 2015-ci ildə banka girov qoyaraq 40 min pul götürüb.Ondan Durnaya 500 manat pul verib. Artıq 9 ilə yaxındır ki,Durnanın ev sənədi bankda girov olaraq qalır. Durna Rüstəmova bunula bağlı polisə,məhkəməyə müraciıt edib.

Mingəçevir Şəhər Polis Şöbəsindən məsələ ilə bağlı müraciətimizə cavab olaraq bildirilib ki,Mingəçevir şəhər Təbriz küçəsi ev 7 mənzil 13-də yaşayan vətəndaş Durna Rüstəmova Rəhim qızının şöbəyə etdiyi müraciət araşdırılıb. Müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəmə səlahiyyətlərinə aid olduğu üçün toplanmış materiallar Mingəçevir Şəhər Polis Şöbəsindən alınıb.

Durna xanımın sözlərinə görə məhkəməyə müraciət edib.Lakin məhkəmə prosesi uzun-uzadı olduğu üçün bu iş indiyədək öz həllini tapmayıb.

Ətraflı videomaterialda:

Kanal 32.az olaraq qarşı tərəfində müvqeyini dərc etməyə hazırıq.

Esmira Hidayətova,

Mingəçevir