Media təmsilçiləri Mingəçevir icra hakimiyyətində bir araya gəldilər-FOTOLAR

Ölkəmizin hər yerində Milli Mətbuat Günü bir sıra önəmli tədbirlərlə qeyd olunub.

Bununla əlaqədar olaraq iyulun 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib.

Kanal32.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Mingəçevirin mətbuat işçiləri, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Toplantını giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuatımızın yaranma tarixindın danışaraq bildirib ki, 1875-ci il iyul ayının 22-də maarifpərvər ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu və naşirliyi ilə nəşr olunan “Əkinçi” qəzeti cəmiyyətin inkişafında və maariflənməsində müstəsna xidmətlər göstərib.

Tədbirdə çıxış edənlər-Mingəçevir qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair publisist İsmayıl İmanzadə, keçmiş məcburi köçkün, şair Məmməd Mərzili, Əmək və Silahlı Qüvvələr, Hüquq Müharibə Veteranlar şurası şəhər şöbəsinin sədr müavini Rizvan Mikayıllı, Kanal 32″ Media Şəbəkəsinin təsisçisi İnqilab Şirinli, Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov Azərbaycan mətbuatının 149 il ərzindəki şərəfli və keşməkeşli tarixinə toxundular, həmkarlarını təbrik edərək ürək sözlərini çatdırıblar.

Qeyd olundu ki, Mətbuat Günü təkcə jurnalistlərin bayramı deyil, bütün Azərbaycan xalqının, ictimaiyyətin bayramıdır.

Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

   Esmira Hidayətova,

Mingəçevir