Yanvar ayının 17-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasının həyətyanı sahəsində kommunal təyinatlı yeni avtotexnikanın təqdimatı olub.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən abadlıq quruculuq və əsaslı təmir işlərinin yerinə yetirilməsi üçün yeni texniki avadanlıqların alınması zərurətə çevrilib.
İcra aparatının məsul əməkdaşlarının, şəhərin kommunal xidmət müəssisələrinin təmsilçilərinin, mətbuat işçilərinin iştirak etdiyi təqdimat mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ötən illər ərzində nur şəhərinin gözəlləşdirilməsi istiqamətində layihələrin icrası zamanı qarşıya çətinliklərin çıxdığını bildirilib.
Qeyd olunub ki, quruculuq işlərini əsasən Mənzil Təsərrüfatı İstehsalat Birliyinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzil Kommunal Təsərrüfatı Kombinatının işçiləri yerinə yetirirlər. Küçə və məhəllələrin təmizlənməsi, çoxmərtəbəli binaların fasad hissələrinin suvanması və rənglənməsi, ağacların budanması və bu kimi digər işlərin icrası zamanı müasir qurğulara yaranan tələbat şəhərimizə yeni texniki vasitələrin alınmasını reallaşdırdı. Bildiyiniz kimi, son 3 il ərzində daxili imkanlar hesabına şəhərin kommunal xidmət müəssisələrinə istifadə üçün 10-a yaxın yeni qurğular alınmışdır. Bu gün təqdim edilən texniki maşın, hündürlüyü 23 metr olan qaldırıcı kran beşmərtəbəli yaşayış binalarının təmirində, həmçinin binaların dam örtüyündə novların təmizlənməsində işçilərin köməyinə çatacaq.
Yeni təqvim ilində şəhərin müxtəlif ərazilərində abadlıq-quruculuq işlərinin başlanmasına hazırlıq gedir, hər birinizə iş avandlığı arzulayıram, şəhərimiz üçün xeyirli olsun. Təbii ki, gələcəkdə yeni qurğular alınacaq, görülən işlərin sahəsi genişlənəcək, Mingəçevirin gözəlliyinə yeniliklər əlavə olunacaqdır. Hər birimizin vəzifəsi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq içlərində fəallıq göstərmək, cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirməkdir. Dövlətimizin iqtisadi inkişafına biz mingəçevirlilərin töhfəsinin bir hissəsi də məhz budur.
Sonra texniki qurğu işə salındı, iş qabiliyyəti nümayiş etdirilib.
Mətanət Cəfərova
Esmira Hidayətova