Mingəçevirdə İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirildi və…-FOTOLAR

İyulun 16-da Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Səhər saat 10.15-də başlayan və 12.15-dək davam edən seçkilərdə 9 yer uğrunda 13 namizəd mübarizə aparıb.  Onlara 138 nəfər səs verib.

Seçki komissiyasının sədri, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov bildirib ki, bütün proses vətəndaş cəmiyyəti nümayəndələrinin gözü qarşısında şəffaf şəraitdə keçirilib: “Hətta səssayma prosesini də namizədlərin iştirakilə apardıq. Düşünürəm ki, şuraya seçkilər Vətəndaş cəmiyyəti nümayəndələri cəmiyyətdəki mövqelərini ortaya qoydu”.

Sonda Seçki Komissiyasının sədri elan edib ki, Babayev Əbülfət Musa oğlu (“Qarabağ Qaziləri” İB-nın şəhər filialının sədr müavini), Nəbiyev Fərman Bəhram oğlu (“Mingəçevir işıqları” qəzetinin baş redaktoru), Nəbiyeva Yeganə Əkrəm qızı(“Mingəçevir Valideynlər Assosiasiyası” IB-nın İdarə Heyətinin üzvü), Şirinov İnqilab Xosrov oğlu(“Kanal32” Media Şəbəkəsinin baş direktoru), Həsənov Vaqif Yaqub oğlu (“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək” İB-nın sədri), Bəndəliyev Əliağa Bəndalı oğlu (“QMVƏŞA” İB-nin Mingəçevir şəhər şöbəsinin sədri), Mikayıllı Rizvan Aslan oğlu(“Şəhər Veteranları Şurası”nın sədr müavini), Qasımlı Zahid Allahveren oğlu (“Iqtisadi Sosial Maarifləndirmə Mərkəzi” İB-nın sədr müavini) və Tağıyeva Vüsalə Vahid qızı (“Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti” İB-nın üzvü) Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.

/mi-news.az/