Mingəçevirdə “Energetiklər Günü” təntənə ilə qeyd olunub-FOTOLAR

“Azərenerji” ASC-nin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illiyinə və 20 oktyabr- energetiklər gününə həsr olunmuş tədbirlə əlaqədar olaraq Mingəçevir şəhərində təntənəli mərasim keçirilib.
Azərbaycanın enerji təminatında Mingəçevirin rolu “Azərenerji” ASC-nin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illiyinə və 20 oktyabr- Energetiklər gününə həsr olunmuş tədbirlə əlaqədar olaraq Mingəçevir şəhərində təntənəli mərasim keçirilib. Bununla əlaqədar olaraq Azərbaycan İES-in, SES silsiləsinin, regional elektrik şəbəkəsinin kollektivləri Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Sonra tədbir Azərbaycan İES-in ərazisində davam etdirilib. İştirakçılar burada Ulu öndər Heydər Əliyevin, şəhidlərin və Vətən müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidələrin önünə gül dəstələri qoyduqdan sonra gözəl tərtibatla hazırlanmış akt zalında elmi praktik konfransın açılışına toplaşıblar.
İlk öncə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İES MMC-nin direktoru Təhmasib Hüseynov iştirakçıları salamlayaraq peşə bayramları münasibəti ilə təbrik edərək ən xoş, səmimi arzularını bildirib.
Sonra energetik gününə həsr olunmuş videoçarx nümayiş olundu. “Azenerji” ASC-nin nəzarət idarəsinin rəisi Səməd İslamov “Azenerji” ASC-nin prezidenti Baba Rzayevin konfrans iştirakçılarına təbriklərini çatdırıb.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış edib. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək 20 oktyabr energetiklər günü münasibəti ilə kollektivi adından təbriklərini çatdırıb.Qeyd edib ki, bu peşə bayramında Mingəçevir Dövlət Universitetinin də öz xidmətləri var.
Sonra konfransda məruzələr dinlənilib. Mingəçevir Dövlət Universitetinin energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova, Qazi Universitetinin Mingəçevir Dövlət Universitetində çalışan qonaq professoru Cemal Yılmaz “Azərbaycanın müstəqil elektrik enerjisi sənayesinin qurulmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri”, “Enerjinin müasir cəmiyyətin inkişafına və mədəniyyətinə təsiri” mövzularında məruzlərlə çıxış ediblər.
Konfransda bir qrup energetikə “Azərenerji” ASC –nin fəxri fərmanları təqdim olunub.
    
      
Esmira Hidayətova,
Mingəçevir.