Mingəçevirdə bir gündə 14 nəfər dəm qazından zəhərləndi-FOTO

Mingəçevirdə dəm qazından kütləvi zəhərlənmə baş verib. Hadisə aprlein 3-ü günün ikinci yarısı baş verib.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhərində dəm qazından müxtəlif ünvanlarda kütləvi zəhərlənmə halları baş verib. Xəstəxananın Acil şöbəsinə 14 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub.Onlardan 5 –i 12 yaşa qədər az yaşlı uşaqlardır,bir nəfəri isə dializ xəstəsidir.

Mingəçevir şəhər Təcili yardım stansiyasının baş həkimi Allahverdi Alıyev saytımıza açıqlamasında bildirdi ki,axşam saatlarından Mingəçevir şəhərindən dəm qazından zəhərlənmələr baş verib:” 13 nəfər dəm qazından xəstə acil şöbəsinə gətirilib.Zəhərlənmələrin çoxu vanna otağında ,bir neçəsi isə mətbəxdə olarkən baş verib. Xəstələrə tibb yardım göstərilib,ağırlaşma və ölüm halı baş verməyib. Hal-hazırda onların vəziyyəti qənaətbəxşdir”.

Esmira Hidayətova,

Mingəçevir