Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidləri Rövşən Məmmədov və Mais Paşayevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
Açılış mərasimində şəhidlərin ailə üzvüləri,şəhər İcra Hakimiyyətinin nümayəndəsi, şəhid anaları, məktəblilər,ictimayyət nümayəndələri dostlar, tanışlar,gənclər iştirak ediblər. Öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib,himn səsləndirilib.Daha sonra şəhidlərin xatirəsinə yaradılan bulağın açılışı olub.
Mərasimdə şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Seymur Hidayətov,şəhidlərin ailə üzvüləri, şəhid ailələri ictimai birliyinin sədri İranə Həsənova çıxış edərək bildiriblər ki,istər birinci qarabağ döyüşlərində,istərsə də 44 günlük vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Bildirilib ki, Prezidentimiz cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun arzuladığı Qarabağı azad etdi və vəsiyyətini həyata keçirdi. O həm də sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
Mingəçevir Texniki humanitar liseyinin şagidləri qəhrəman şəhidlər haqqında şeirlər söyləyib onları yad ediblər.
Qeyd edək ki,hər iki şəhid subay olub. Rövşən Ovçu oğlu Məmmədov 1969-cu il sentyabr ayının 27 də Mingəçevir şəhərində anadan olub. 1994-cü ilyanvar ayının 4-də Çaylı istiqamətində gedən döyüşlərdə döyüşçü yoldaşları ilə birlikdə itgin düşüb.Mingəçevir şəhidlər xiyabanında itkinlər sırasında Rövşən Ovçu oğlu Məmmədovun mərmər üzərində şəkili həkk olunub. Mais Çırçıran oğlu Paşayev 1973-cü ildə yanvar ayının 5-də Mingəçevirdə anadan olub. 1993-cü ilin avqust ayının 6-da yaralı döyüşçünün harayına çatan Mais düşmən tərəfindən atılan mərminin qurbanı olub,şəhidlik zirvəsinə ucalıb.Mingəçevir şəhidlər xiyabanında dəfn olunub.
Tədbirin ərsəyə gəlməsində əməyi olan din xadimi Cavid Mustafayevə şəhid ailələri öz təşəkkürlərini bildiriblər.
Esmira Hidayətova,
Mingəçevir