18 oktyabr “Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar olaraq Mingəçevir Dövlət Dram Teatrında Ulu Öndər Heydər Əliyevin ölkədəki fəaliyyətinlərindən bəhs edən “Dahilik Divanı” adlı tamaşa-kompozisiya nümayiş olunub.
Ssenari müəllifi Elçin Məhərrəmliyə aid olan tamaşa-kompozisiya, rejissor Vüsal Mehrəliyevin quruluşunda səhnəyə qoyulub.
Tamaşa-kompozisiyanın sonunda teatrın rəhbərliyi tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan “Qızıl dəvətnamələr ” (1 il müddətinə tamaşalara sərbəst giriş) Mingəçevir Dövlət Universitetinin əlaçı tələbələrinə təqdim edilib.