Mingəçevir Təhsil Sektoru hesabat verdi və …-FOTOLAR

 Mərkəzi Aran Regional Təhsil İdarəsində Mingəçevir şəhər Təhsil sektorunun 2022-2023 cü tədris ilinin yekunlarına dair hesabatı təqdim edilib.
Kanal32.az-a verilən məlumata görə hesabat müşavirəsi Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, struktur bölmələrin rəhbər və əməkdaşları iştirak ediblər.
Toplantıda çıxış edən təhsil idarəsinin müdiri Elçin Kərimov cari il üzrə Region Təhsil İdarəsinin əsas hədəfləri və bu istiqamətdə görülmüş işlər barədə məlumat bildirib. Elçin Kərimov cari tədris ilində ümumtəhsil məktəblərinin IV siniflərində təşkil olunmuş monitorinqlərin nəticələri, təhsilverənlərin sertifikatlaşdırılması prosesi və eləcə də təhsil müəssisələrinin müvafiq nəticələrə görə qiymətləndirilməsi ilə bağlı məsələlər barədə danışıb.
Qeyd edək ki, müşavirənin keçirilməsində məqsəd təhsil idarənin fəaliyyəti ilə bağlı məlumatlılıq və hesabatlılığın artırılması, müvafiq istiqamətlərdə müzakirələrin aparılması olub.
Müşavirədə Mingəçevir şəhər üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova 2022-2023 cü il fəaliyyətini əks etdirən hesabatları təqdim edib. O eyni zamanda idarə rəhbərinin və iştirakçıların  suallarını cavablandırıb.

 

 

 

 

 

Kanal32.az