Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 14-də 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib.
Kanal32.az-a verilən məlumata görə görüşdə İcra Hakimiyyətinin başçısı aparatınln məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, Bələdiyyənin sədri, məktəbə yaxın küçələrdən və şəhərin başqa ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərdə diqqətə çatdırılan problemlərin həllinə az müddət ərzində nail olunur. Cənab Prezidentin rəhbərliyi ilə regionlarda həyata keçirilən iqtisadi inkişaf Proqramı çərçivəsində Mingəçevirdə icra olunan quruculuq işlırindən danışıb. Bildirib ki, əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması, Mingəçevirdə yeni-yeni layihələrin reallaşmasına nail olmaqdır.

Şəhər rəhbəri dövlət başçısınln iştirakı ilə yeni 8 Noyabr İstilik Stansiyasının istismara verilməsindən, işsizliyin aradan qaldırılması layihələrindən də söz açıb.
Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Problemlər barədə məlumat verilib. Bəzi ərazilərdə mövcud olan kanalizasiya çəkilişindəki nöqsanlar, zirzəminin çirkab su ilə dolu olması, dezinfeksiya işlərinin aparılmaması, ağacların suvarılması üçün texniki su xəttinin olmaması, kölgəliyin qoyulması, asfaltlanma, işıqlanmanın zəifliyi və digər məsələlərlə bağlı müraciətlər edilib.

Diqqətə çatdırılan problemlərə münasibətini, həmçinin aidiyyəti müəssisənin rəhbərinin məlumatlarını dinləyən İlham İsmayılov vətəndaşların müraciətlərinə ciddi yanaşmağı tapşıraraq bildirib ki, şəhərimizdə aparılan abadlıq-quruculuq və təmir-bərpa işləri mərhələ-mərhələ aparılır. Yeni və müasir layihələrin icrasında Mingəçevirin bütün kommunal xidmət müəssisələrinin, əlaqədar qurumların kollektivləri iştirak edir. Şəhərimizin gözəlləşməsini təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq başlıca vəzifələrimizdəndir.



Kanal32.az