26 aprel 2023-cü il tarixdə Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə Təhsil işçilərinin Azərbaycanın dövlət müstəqilliyi əbədidir daimidir, dönməzdir !” mövzusunda elmi-bədii konfrans keçirilib.
Kanal32.az-a verilən məlumta görə konfransda Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Ədalət Əliyev, Mingəçevir şəhər İcra hakimiyyətinin şöbə müdiri Sahib Məmmədov, Mingəçevir Dövlət Universitetinin professor müəllim heyəti- Nizami Zeynalov, Gunel Yunusova ,Üzeyir Zeynalov , Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, digər İdarə və müəssisə rəhbərləri ,qazilər və media nümayəndələri, umumtəhsil məktəb müəllimləri iştirak ediblər.
İlk öncə Ulu öndərin abidəsini ziyarət edən rəsmilər ,Ulu öndərin həyat və fəaliyyətini əks etdirən məktəb şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra konfrans məruzələr və bədii hissəsindən ibarət olmaqla öz işini davam etdirib. Çıxışlar proqrama uygun məruzələrdən təşkil olunub .
Çıxış edən natiqlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhər İcra hakimiyyətinin şöbə müdiri Sahib Məmmədov, Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov, Mingəçevir şəhər Təbiət Riyaziyyat Humanitar Elmlər təmayüllü Liseyin direktoru Aidə İsmayılova, Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Afaq Mustafayeva öz məruzələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunumuşdur. 2023-cü ilin ilk günlərindən başlayaraq, ölkəmizin istehsal, xidmət və təhsil müəssisələrində bu möhtəşəm hadisəyə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu baxımdan respublikamızın ümumtəhsil məktəbləri də istisna deyil. Mərkəzi Aran Regional Təhsil İdarəsi olaraq biz də bütün maddi-texniki, təşkilati və intellektual imkanlarımızı səfərbər edərək müasir milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən bu mühüm prosesə qoşulmuşuq və bundan sonsuz qürur duyuruq.
Bizə siyasi müstəqilliyin, dövlətçiliyin, azadlığın və istiqlaliyyətin vəhdətindən yaranmış Yeni Azərbaycanı bəxş edən Ulu öndər Heydər Əliyevə dünya durduqca minnətdar olacağıq. Bu gün ən uca zirvələrdə qürurla dalğalanan bayrağımıza, düşməni 44 gün ərzində diz çökdürən ordumuza, 30 ildən sonra özümüzə qayıdan milli qürurumuza, xalqlar sırasında tutduğumuz şərəfli yerimizə və bizi inamla işıqlı gələcəyə aparan milli liderimizə – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Ulu öndər Heydər Əliyevə , torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəfa edən Şəhidlərimizə və qazilərimizə bir ömür boyu borclu olduqlarını bildiriblər.
Konfransın sonunda şagirdlərin ifasında görkəmli siyasi xadim, böyük dövlət adamı Heydər Əliyevə həsr olunan musiqi nömrələri və kompazisiyalar nümayiş olunub.
KANAL32.AZ