2 Fevral Gənclər Günü münasibəti ilə Mingəçevir Şəhər Təhsil Sektorunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi”mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Kanal32.az-ın məlumatına görə, öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəb rəhbərlərinin və gənc müəllimlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun müdiri Sevinc Həsənova öncə gəncləri təbrik edib, onlara ölkəmizin işıqlı gələcəyi naminə uğurlar azulayıb. Qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gənclərin təhsilinə verilən önəmin bariz nümunəsi kimi hər kəsin yaddaşına həkk olunub.Sevinc Həsənova gənclər siyasətinin həyata keçirilməsi sahəsində qəbul edilən fərman və sərəncamların və dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb. Mingəçevirin “Gənclər paytaxtı” seçilməsini şəhərin gənclərinə göstərilən mühüm və məsuliyyətli etimad olduğunu deyib.
Sonra söz məruzəçilərə Onlar çıxışları zamanı bildiriblər ki, müstəqillik dövründə doğulub böyüyən, vətənpərvərlik ruhunda tərbiyə olunan gəncliyin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızı erməni işğaldan azad etməyi bacarıb və bununla da Azərbaycan gəncinin adını tariximizin şərəf səhifəsinə yazıblar.
Həmçinin, natiqlər ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərin dövlət idarəçiliyinə cəlb olunduğu vurğulayıblar. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin təşkili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün münbit şərait yaradıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki,Azərbaycanda gəncliyə dövlət qayğısı gələcəyə hesablanan bir siyasətdir və bu siyasət sağlam, intellektual nəslin formalaşmasına xidmət edir.
Həmçinin tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən dərnək üzvülərinin iştirakı biri-birindən maraqlı nümunələr nümayiş olunub.
Kanal32.az