Mingəçevir şəhər Polis şöbəsi növbəti tədbirini bu məktəbdə keçirib-FOTOLAR

Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbdə Mingəçevir şəhər polis şöbəsinin təşkilatçılğı ilə “Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı” adlı maarifləndirici tədbir keçirib.

Kabnal32.az-ın məlumatına görə,tədbirdə Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova,şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, məktəbin direktoru Gültəkin Quliyeva,  polis əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Əvvəlcə şagirdlərə Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş etdirilib. Qeyd edilib ki,bu kimi tədbirlərin təhsil müəssisələrində keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.Həmçinin sosial şəbəkələrdən normal istifadə qaydalarıda şagirdlərə izah olunub.

Mingəçevir şəhər polis şöbəsinin  rəisi polkovnik Ədalət Əliyev gənclərə zərərli vərdişlərdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq , savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə öz tövsiyyələrini verib.

Tədbirdə çıxış edən Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili polis-mayoru Emir Cavadov qeyd edib ki, bir narkoman öz fəaliyyəti dövründə narkotik maddələr qəbul edərkən, ən azı 12-18 nəfəri də narkomanlığa cəlb edə bilir. Onun sözlərinə görə, narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə narkomaniya “cavanlaşır”.

Daha sonra polis əməkdaşları “Narkomaniya”, “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”barədə şagirlərlə maarifləndirici söhbətlər aparıblar.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.

 

Esmira Hidayətova,

Mingəçevir