Mingəçevir şəhər 3 №-li tam orta məktəbdə tədbir keçirilib-FOTOLAR

“Mingəçevir şəhərinin dünəni və bu günü”mövzusunda 3 №-li tam orta məktəbdə tədbir keçirilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər təhsil sektoru(MARTİ) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə şəhərin 75 illiyinə həsr edilmiş”Mingəçevir şəhərinin dünəni və bu günü”mövzusunda 3 nömrəli tam orta məktəbdə tədbir keçirilib.Tədbirdə 44 günlük vətən müharibəsinin qaziləri,təhsil sektorunun müdiri Sevinc Həsənova, MDU-nun Təhsil fakultəsinin dekanı, dosent Nizami Zeynalov, MDU-nun müəllimləri Vüsalə Mövlayeva, Aygün Qədirova,sektorun əməkdaşı Gündüz Abbasov,məktəb rəhbərliyi və şagird müəllim kollektivi iştirak edib.

Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Gültəkin Quliyeva Mingəçevir şəhərinin təhsilindəki ugurlardan danışıb.O cümlədən şəhərin qarşıdan gələn yubleyi ilə əlaqədar şəhərdə aparılan quruculuq-abadlıq işlərindən,Mingəçevir öz yubley ilinə böyük coşqu ilə hazırlaşdığını bildirib.

Tədbirdə çıxış edən MDU -nun Təhsil fakultəsinin dekanl, dosent Nizami Zeynalov, MDU-nun müəllimi,AMEA Tarix İnstitutunun dissertantı Vüsalə Mövlayeva, MDU-nun müəllimi,AMEA Arxelogiya,Etnoqrafiya və Antropologiya İnstitutunun dissertantı Aygün Qədirova Mingəçevirin qədim tarixindən, təbii-coğrafi mövqeyindən və sosial-iqtisadi inkişafından bəhs ediblər. Dövlətin yüksək diqqət və qayğısı sayəsində Mingəçevirdə təhsil, mədəniyyət, incəsənət, idman və sağlamlıq sahələrində gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat veriliblər.

Daha sonra Mingəıçevir təhsil sektorunun müdiri Sevinc Həsənova qeyd edib ki,MDU-nin məhz Mingəçevirdə yerləşməsi ali və orta təhsilin bir istiqamətdə inkişafı Mingəçevir təhsilinin daha mükəmməl istiqamət üçün bir yol yaratmış olur:”Məktəb müəllimlərinin ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə əməkdaşlığı çərçivəsində təhsilimizin daha uğurlu inkişafa yönəlməsi üçün bir istinad nöqtəsi yaratmış olur. Biz bundan sonra da MDU –ilə əlaqələrimizi daha sıx quraraq birgə əməkdaşlığımızı davam etdirəcəyik”.

Tədbirin bədii hissəsi rəngarəng rəqslər,musiqi və şagirdlərin Mingəçevirə aid söylədikləri şeirlərlə başa çatıb.

    

Esmira Hidayətova