Mingəçevir Gənclər Evindən könüllülərə növbəti dəstək-FOTO+VİDEO

“İşıqlı Gələcək” GİB və Mingəçevir Gənclər Evi mütəmadi olaraq gənclərin hərtərəfli formalaşması üçün yeni proqramları və layihələri icra edir.

Kanal32.az xəbər verir ki, növbəti proqram çərçivəsində müxtəlif sahələrdə çalışan, öz karyerasında uğur qazanan şəxslərlə bir-birindən maraqlı, faydalı və qeyri-rəsmi görüşlər keçirilir. Qeyd edək ki, Mingəçevir Gənclər Evində gənclər və gənclər təşkilatları üçün əlverişli şərait yaradılıb və gənclərin fikir və ideyalarına dəstək göstərilir. “İşıqlı Gələcək” GİB-in sədri Samrin Xanlayev, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov öncəki illərlə müqayisədə könüllü fəaliyyət sahəsində müsbət mənada dəyişikliklərin olduğunu bildiriblər.

Mütəmadi olaraq xarici öklələrdən könüllü gənclər Mingəçevirə gətirilir və onların təcrübələrindən və onlarda bizim gənclərin təcrübələrindən yararlanırlar. Belə növbəti könüllü gənclər “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Avropa Həmrəylik Korpusunda Akkreditasiya çərçivəsində qardaş ölkədən cəlb etdiyi ilk könüllülər artıq mingəçevirdədilər. Həmin iki gənc xanımla Hazal Koç və Ezgi Özüyarla həmsöhbət olduq. Onlar söhbət əsnasında çox maraqlı fikirlər söylədilər. Həmçinin Azərbaycanın dilbər güşələrindən biri Şəki rayonunda olan gənc xanımlar öz təəssüratlarını da bizimlə bölüşüblər. Təbii ki,onlar Mingəçeviri daha çox bəyəndiklərini də bildiriblər.

 Ətraflı videomaterialda:

Onu da qeyd edək ki,Hazla Koç gənclər siyasətinə müvafiq olaraq regionda həyata keçirilən fəaliyyətlərin təşkilində,həmçinin Gənclər Paytaxtı -2023 çərçivəsində reallaşdırılan layihə və proqramların icrasında göstərdiyi uğurlu fəaliyətinə görə sertifikatla rəhbərlik tərəfindən təltif olunub.

Esmira Hidayətova,

Mingəçevir.